16 
İyl
2018
23:05
130
29
2777
Virtual karabakh

“Ağ dəbilqəlilər” Suriyadan təxliyyə olunacaqlar

16 İyl, 2018
23:05
2777

“Ağ dəbilqəlilər” Suriyadan təxliyyə olunacaqlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın başçılıq etdiyi koalisiya “Ağ dəbiləqlilər”in könüllüləri və ailə üzvlərinin Suriyadan təxliyyə planı üzərində işləyirlər.

Bu barədə Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir.

Sözügedən təşkilatın rəsmi məramı – siyasi neytrallığı qorumaq şərti ilə dinc əhalinin müdafiəsidir. Lakin dünyada bu təşkilata münasibət birmənalı deyil. Misal üçün, Rusiyada onları terrorçularla əlbir olan informasiya müharibəsinin bir bölməsi kimi dəyərləndirirlər.

Qərb koalisiyası “Ağ dəbilqəlilər”in könüllülərini müxtəlif ölkələrə təliyyə etmək niyyətindədir.

Söhbət təqribən 1000 nəfərin Suriyadan çıxarılmasından gedir. Onlardan 300-nün biləvasitə “təhlükə ilə üz-üzə qaldığı” vurğulanır.

Vətəndən çıxarılan suriyalı könüllüləri Kanada, Böyük Britaniya və Almaniyanın qəbul edəcəyi ehtimal olunur. İsrail və İordaniyanın iştirakı da istisna edilmir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri