17 
İyl
2018
01:17
321
16
3436
Virtual karabakh

Sarqsyanın qardaşı oğlu işgəncələrdə ittiham olundu

17 İyl, 2018
01:17
3436

Sarqsyanın qardaşı oğlu işgəncələrdə ittiham olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənisatnın sabiq prezidenti Serj Sarqsyanın axtarışda olan qardaşı oğlu Narek Sarqsyan ötən il bir nəfəri qaçıraraq onu işgəncələrə məruz qoyub.

Oxu.Az xəbər verir ki, belə bir məlumatı Ermənistan polisi yayıb. 

Bildirilir ki, 49 yaşlı kişi Yerevanda xarici qonaqlar üçün gecə klubu açmaq istəyib. 

2017-ci ilin avqustunda iş adamı Yerevanın mərkəzində oğurlanaraq Narek Sarqsyanın yaşadığı evin zirzəmisinə gətirilib.

“Burada kişini döyüblər. Sarqsyan onu tapança ilə öldürəcəyini deyib, daha sonra isə qaz lampası ilə bədəninin müxtəlif yerlərini yandırıb.

Kişi yalnız klub biznesi ilə məşğul olmayacağına dair zəmanət verdikdən sonra azad edilib”, - polisin bəyanatında deyilir. 

Ermənistan polisinin Cinayət axtarışı Baş idarəsində hazırlanan müvafiq sənədlər növbəti icraat üçün Ermənistan Baş prokurorluğuna göndərilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri