19 
İyl
2018
21:04
200
114
5397
Virtual karabakh

“Charlie Hebdo” Fransa millisini meymunlara bənzətdi

19 İyl, 2018
21:04
5397

“Charlie Hebdo” Fransa millisini meymunlara bənzətdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın satirik “Charlie Hebdo” jurnalı son buraxılışını ölkə millisinin futbol üzrə dünya çempionatında qazandığı qələbəyə həsr edib.

Oxu.Az xəbər verir ki, nəşr üz qabığında komandanın oyunçularını Fransa prezidenti Emmanuel Makronun başı ilə əks etdirib.

Digər bir karikaturada isə millinin üzvləri Dünya kubokunu bananla səhv salan meymunlar kimi təqdim ediliblər. Heyvanlara dünya çempionatının baş mükafatı təqdim olunur. Onlardan biri “Banan!” deyir, digər isə “Bu portağaldır!” söyləyir.

Fransanın mundialdakı qələbəsindən sonra bu uğurun əsasən Afrika əsilli oyunçuların müqabilində qazanıldığı fikirləri səsləndi. 

Opponentlər isə iddia edirlər ki, kollektivin bütün üzvlər Fransada anadan olublar və yerli futbol məktəblərinin yetirmələridirlər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri