Avq
2018
11:05
9
156
18658
Virtual karabakh

Orxan Camalın qətlinin səbəbi məlum oldu - TƏFƏRRÜAT

1 Avq, 2018
11:05
18658

Orxan Camalın qətlinin səbəbi məlum oldu - TƏFƏRRÜAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Afrika Respublikasında (MAR) sənədli film çəkən rusiyalı jurnalistlərə 10 nəfər hücum edib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Radio Ndeke Luka” radiostansiyası məlumat yayıb. 

Bildirilib ki, Orxan Camal, Aleksandr RastorquyevKirill Radçenkoya hücum Sibuta yaxınlığında, saat 18:00-da törədilib.

“Təhlükəsizlik qüvvələri artıq qaranlıq olduğu üçün onlara şəhərdən çıxmamağı tövsiyə edib. Ancaq onlar təkid ediblər”, - şəhərin rəsmisi Marselina Yoyoya deyib. 

Onun sözlərinə görə, hücum edənlərin hamısı əmmamədə olublar və ərəbcə danışıblar. 

BMT-nin MAR-dakı nümayəndəliyindən bildirilib ki, öldürülən rusiyalı jurnalistlərin cəsədləri Sibuta şəhərindən 33 kilometr şimalda, avtomobildə aşkar edilib.

Hücumun səbəbləri məlum deyil. İlkin ehtimala əsasən, bu, qarət olub. 

Vəziyyət şəxsən Rusiya xarici işlər naziri Sergey Lavrovun nəzarətindədir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri