10 
Avq
2018
20:24
93
36
1761
Virtual karabakh

Xəzərin statusuna dair sammitdə nəqliyyat sazişləri imzalanacaq

10 Avq, 2018
20:24
1761

Xəzərin statusuna dair sammitdə nəqliyyat sazişləri imzalanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanın Aktau şəhərində keçiriləcək Xəzəryanı dövlətlərin sammitində ticari-iqtisadi, nəqliyyat və dənizdə münaqişələrin qarşısının alınması sahələrində hökumətlərarası sazişlərin imzalanacağı gözlənilir.

Oxu.Az xəbər verir ki, sammitin əsas sənədi Xəzər dənizinin hüquqi statusu haqqında imzalanacaq Konvensiya olacaq.

Bu barədə Rusiya prezidentinin administrasiyası məlumat yayıb.

Kremlin açıqlamasına görə, qeyd olunan sənədlər Xəzər iqtisadiyyatının əsas sahələrinin birgə inkişaf strategiyasını, beynəlxalq ticarət əməliyyatları və nəqliyyat daşımaları zamanı texnoloji və inzibati proseslərin uzlaşdırılmasını müəyyənləşdirəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri