15 
Avq
2018
16:08
20
119
3900
Virtual karabakh

Ermənistandan KTMT-yə yeni təklif: Qaydaları dəyişin

15 Avq, 2018
16:08
3900

Ermənistandan KTMT-yə yeni təklif: Qaydaları dəyişin

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan nümayəndələri ölkənin daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şurasında baş nazirlə təmsil olunmaq üçün təşkilatın nizamnaməsinə dəyişiklik təklif ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətinin məlumatında qeyd olunur.

Məlumata görə, bu təşəbbüs KTMT-nin daimi şurasının iclası ərəfəsində səslənib. 

“Ermənistanın konstitusiyasında dəyişikliklərin qüvvəyə minməsi ilə əlaqədar 15 may 1992-ci il tarixli Kollektiv Təhlükəsizlik Müqaviləsi və KTMT-nin 7 oktyabr 2002-ci il tarixli Nizamnaməsinə dəyişikliklərin edilməsi haqqında protokol layihəsi nəzərdən keçirilib.

Dəyişikliklərə (Ermənistan konsitutisyasına – red.) əsasən, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının nəzərdən keçirdiyi məsələlərin qəbulu Ermənistanın baş nazirinin səlahiyyətlərinə aid edilib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, hazırda KTMT-nin baş katibi Ermənistanın nümayəndəsi Yuri Xaçaturovdur. O, iyulda erməni hüquq-mühafizə orqanlarının qaldırdığı cinayət işi ilə bağlı istintaqa cəlb edilib.

İyulun 28-də Yerevan məhkəməsi Xaçaturovu həbs etmək barədə qərar qəbul edib.

Ermənistanın Xüsusi İstintaq Xidməti sonradan ona Ermənistanı tərk etmək və Moskvadakı işinə qayıtmaq barədə icazə verib, lakin bununla yanaşı, zərurət olduqda istintaq orqanına gəlmək öhdəliyini üzərinə qoyub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri