15 
Avq
2018
21:50
482
31
7655
Virtual karabakh

Baxçəli: Türkiyə Bransonu Gülənlə dəyişdirə bilər

15 Avq, 2018
21:50
7655

Baxçəli: Türkiyə Bransonu Gülənlə dəyişdirə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Ankaraya Fətullah Güləni təhvil versə, Türkiyə Vaşinqtona terrorçuluqda ittiham olunan amerikalı rahib Endryu Bransonun verilməsi məsələsinə baxa bilər.

Oxu.Az “Anadolu”ya istinadla xəbər verir ki, belə bəyanatla Türkiyənin Millətçi Hərəkat partiyasının sədri Dövlət Baxçəli çıxış edib.

Müxalifətin əsas simalarından biri qeyd edib ki, Türkiyədə 2016-cı ildə dövlət çevrilişinə cəhdin arxasında bu gün türk lirəsini süquta uğratmaq istəyən qüvvələr dayanırdı. 

“Açıq deyirəm: Türkiyədə iqtisadi böhrandan söhbət gedə biulməz. Türkiyə iqtisadiyyatı təcavüzə məruz qalıb”, - Baxçəli deyib.

Siyasətçi Türkiyə hökumətinin ABŞ-a qarşı cavab sanksiyalarını dəstəklədiyini bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri