17 
Avq
2018
13:58
418
26
4248
Virtual karabakh

Ankara Vaşinqtonun yeni sanksiyalarına cavab verəcək

17 Avq, 2018
13:58
4248

Ankara Vaşinqtonun yeni sanksiyalarına cavab verəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə ticarət naziri Ruhsar Pekcan ABŞ prezidenti Donald Trampın yeni sanksiya təhdidlərinə cavab verib.

Oxu.Az xəbər verir ki, o, bütün sanksiyalara eyni şəkildə cavab veriləcəyini bildirib.

“ABŞ-ın  siyasi mövzularla iqtisadi mövzuları bir-birinı qarşıdırdığının şahidi oluruq. Bu, sadəcə, ABŞ iqtisadiyyatını deyil, bütün dünyanı təsiri altına almaqdadır.

Türkiyə olaraq ABŞ-ın gördüyü tədbirlərə beynəlxalq ticarət hüququndan gələn haqlarımız və Dünya Ticarət Təşkilatının qaydaları ilə cavab verdik və verməyə davam edəcəyik.

İstehsalçı və idxalatçılarımızın haqlı mübarizələrində yanında olacağıq. Ümid edirik ki, ABŞ-lı dostlarımız da bu həqiqəti qısa zamanda görəcək, beynəlxalq iqtisadiyyatı və yatırım mühiti baxımından uyğun addımlar atacaqlar. Həmişə olduğu kimi, dialoq və əməkdaşlığa hazırıq”, - nazir vurğulayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri