19 
Avq
2018
17:04
301
62
12929
Virtual karabakh

Putini daha bir toya çağırdılar

19 Avq, 2018
17:04
12929

Putini daha bir toya çağırdılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Berlində Rusiya prezidenti Vladimir Putinin keçmiş kansler Gerhard Şröder (1998-2005) və Koreya Respublikası vətəndaşı Kim So Yonun toyunda iştirak üçün Almaniyaya gələcəyini istisna etmirlər.

Oxu.Az xəbər verir ki, bu barədə Bild qəzeti yazıb.

“Putin yenidən Almaniyaya gələ bilər, düzdür, şəxsi qaydada. Berlində şaiyələr gəzir ki, oktyabrda o, dostu Gerhard Şröderin toyunda iştirak edə bilər”, - deyə, nəşr yazıb.

Qəzetin məlumatına görə, nikah mərasimi oktyabrın 5-də keçiriləcək və Berlinin mərkəzində Adlon hotelində baş tuta bilər.

Bild həmçinin yazır ki, “artıq oktyabrın ortalarında Rusiya XİN rəhbərinin Berlinə gələcəyi gözlənilir”.

Almaniya hökuməti bu səfəri hələ təsdiqləməyib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin avqustun 18-də Avstriya XİN rəhbəri Karin Knayslın maliyyəçi Volfqanq Maylingerlə toyunda iştirak edib və daha sonra Berlinə, Almaniya kansleri Angela Merkel ilə görüşə yola düşüb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri