20 
Avq
2018
18:00
246
36
6170
Virtual karabakh

Xaçaturyan bacıları atalarını öldürdüklərini etiraf etdilər

20 Avq, 2018
18:00
6170

Xaçaturyan bacıları atalarını öldürdüklərini etiraf etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçaturyan bacıları atalarını qətlə yetirdiklərini etiraf ediblər və istintaqa geniş ifadə veriblər. 

Oxu.Az bununla bağlı “RİA Novosti” agentliyinə istinadla məlumat yayıb. 

Bu gün bacılar Moskva məhkəməsinə gətiriliblər. 

“Mariya etiraf sayıla biləcək ifadə verib. İndi isə daha geniş ifadə alırıq. Onun əlində bıçaq olub. O, azı beş zərbə vurduğunu etiraf edib. İkinci bacı da bıçaq zərbələri endirib. Kimin neçə zərbə vurduğu ilə bağlı ekspertiza hələ baş tutmayıb”, - bacılardan ən kiçiyinin vəkili Yaroslav Pakulin deyib. 

Böyük bacı Kristinanın da vəkili müdafiə etdiyi şəxsin etirafedici ifadə verdiyini bildirib. 

İkinci bacı Angelinanın vəkili Aleksey Parşin də müdafiə etdiyi şəxsin cinayəti etiraf etdiyini deyib. 

Xaçaturyan ailəsinin başçısının cəsədi iyulun 27-də yaşadığı evdə aşkar edilib. Onun üç qızı tərəfindən öldürüldüyü məlum olub. Avqustun 2-də hər üç qız həbs edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri