22 
Avq
2018
17:14
37
318
12748
Virtual karabakh

Ekstrasens Zirəddin Xaçaturyan barədə: O, yırtıcı kimi idi

22 Avq, 2018
17:14
12748

Ekstrasens Zirəddin Xaçaturyan barədə: O, yırtıcı kimi idi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekstrasens Zirəddin Rzayev bu yaxınlarda qızların 57 yaşlı atalarını qətlə yetirdikləri Xaçaturyan ailəsi barədə fikirləri ilə bölüşməkdə davam edir.

Oxu.Az-ın verdiyi xəbərə görə, “Komsomolskaya pravda”ya müsahibəsində ekstrasens qızların atalarının seksual xarakterli davranışlarına dair iddialarının yalan olduğunu bildirib. Onun sözlərinə görə, qatillər bu üsulla hərəkətlərinə bəraət qazandırmaq istəyirlər.

Lakin Z.Rzayev qeyd edib ki, Mixail Xaçaturyan həqiqətən də onları öz mülkiyyəti hesab edib və demək olar ki, ev dustağı kimi saxlayıb.

Amma ekstrasens cinayətin əvvəlcədən planlaşdırıldığına şübhə ilə yanaşır:

“Qızlardan biri atasına bıçaqla zərbə endirib, digərləri də onun etdiklərini təkrarlayıblar”.

Həmçinin o bildirib ki, sağ qalacağı təqdirdə ailə başçızı qızların hər üçünü qətlə yetirəcəkdi:

“Bu kişi yırtıcı kimi idi. Bütün dünyanın onun ətrafında dövr etməsinə alışmışdı. Başqalarının fikri onu maraqlandırmırdı”.

Daha öncə Rzayev cinayət yerinə baş çəkib və ailə daxilindəki bəzi məsələlərdən söz açıb:

“Bu kişiyə çox cadu ediblər. O, psixiki xəstə kimi olub. Daxildə uşağa bənzəyib, diktator olub və öz qanunları ilə hərəkət edib”.

Xatırladaq ki, səs-küylü qətl hadisəsi iyulun 27-də Moskvada törədilmişdi. 17, 18 və 19 yaşlı bacılar 57 yaşlı ataları Mixail Xaçaturyanı çoxsaylı bıçaq zərbələri ilə öldürmüşdülər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri