28 
Avq
2018
16:40
103
36
12514
Virtual karabakh

Putinin tarixi qərarı müzakirə edilməyəcək - MÜSAHİBƏ

28 Avq, 2018
16:40
12514

Putinin tarixi qərarı müzakirə edilməyəcək - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvanın Mütərəqqi Siyasət Fondunun eksperti Mixail Qolovanov Oxu.Az-a müsahibə verib. 

- ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar qüvvəyə mindi. Rusiya iqtisadiyyatı bu təzyiqə davam gətirəcəkmi?

- Kreml üçün ABŞ-ın yeni sanksiyalar paketi gözlənilən və qaçılmaz idi. Moskva onları sağlam stoisizmlə qəbul edir. Hamı başa düşür ki, sanksiyalar prosesi altında həyat uzunmüddətli deyil. 

Dünya hegemonunun sanksiyaları parovoz kimidir. Ona qarşı dayanmaq mümkün deyil, yalnız buna uyğunlaşmaq və torpağa qovuşmaq lazımdır ki, təzyiqini azaldasan. Rusiya iqtisadiyyatı da bunu etməyə çalışır. Rusiyanın ehtiyat sistemini də qiymətləndirməmək olmaz. 

- Yaranmış vəziyyətdən hansısa çıxış yolu görürsünüz? 

- Yaranmış vəziyyətdən çıxış yolu hələlik görünmür – Vaşinqtonun elit qrupuna, birincisi, Trampa daxili siyasi hücumlar aləti, ikincisi, münaqişənin əsas səbəblərindən uzaqlaşmaq üçün rus təhlükəsi əlverişlidir. Rusiya isə prezident Vladimir Putinin əhali tərəfindən dəstəklənən tarixi qərarını (“Krım konsensusu” adlanan sənəd – red.) müzakirə edə bilməz və etməyəcək. 

Bunu Merkel-Makronun rəhbərlik etdiyi Avropa Birliyi gözlərinə inanmadan izləyir. 

- Yeri gəlmişkən, dünən Fransa prezidenti Emmanuel Makron Moskva və Ankara arasında onların Avropa ilə əməkdaşlığına zəmanət vermək üçün strateji tərəfdaşlığın formalaşmasının zərurətini bildirib.

O, öz “Twitter” hesabında yazıb: “Avropa öz təhlükəsizliyində yalnız Birləşmiş Ştatlara inana bilməz. Bu gün biz məsuliyyəti üzərimizə götürməli və təhlükəsizliyə zəmanət verməliyik...”

- Makronun Avropanın məsuliyyəti və suverenliyi ilə bağlı səs-küylü sözləri, Moskva və Ankaranın yaxınlaşması fikirləri kənardan müstəqil geosiyasi oyun kimi görünür. Reallıq isə çox bayağıdır.

İqtisadi cəhətdən Avropa Birliyi özünü yaxşı hiss edir, ideoloji cəhətdən isə dərin böhran içindədir. “Brexit”dən sonra populist tənəzzül dayanmır, miqrant böhranı aradan qaldırılmayıb, az sayda avropalı başa düşür ki, liderlər onları hansı gələcəyə aparır.  

Makron avropalıların eşitmək istədiklərini deyir, onun sözləri arxasında hələlik heç bir resurs və strategiya yoxdur. Makronun hərəkətlərini Putinlə danışıqlardan sonra Qafqaza gələrək enerji daşıyıcılarına tədarükün diversifikasiya prinsiplərinə sadiqliyini göstərən Merkel özündə əks etdirir. 

Avropa liderləri üçün “İmkanlar pəncərəsi” okeanın digər tayında yaradılıb və orada da bağlana bilər. Ən yaxın istinad nöqtəsi kimi Konqresdə noyabrda baş tutacaq seçkiləri göstərmək olar. Tramp bu seçkilərdə uduzsa və impiçment edilsə, Avropa cəbhəsinin sarsılmaz Trans-Atlantik tərəfdaşlıq haqqında mövqeyi mülayimləşəcək. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri