22 
Sen
2018
00:57
63
96
3668
Virtual karabakh

ABŞ İranla dialoqun şərtlərini açıqladı

22 Sen, 2018
00:57
3668

ABŞ İranla dialoqun şərtlərini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran öz siyasətini dəyişsə, ABŞ dialoqa hazırdır. Lakin hələlik bu, baş vermir. 

Oxu.Az xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo bildirib: 

“Biz açıq bəyan etdik ki, rejimin dəyişdirilməsi prezident Trampın siyasəti deyil. Biz İrandan istədiklərimizi açıqlamışıq: Ər-Riyad istiqamətinə raket atmaq, “Hizbullah”ın silahlandırılmasını və İsraili hədələməyi dayandırmaq, terrorizmin böyük sponsoru olmamaq. Bu sadə tələbləri dünyada istənilən dövlətə irəli sürürük. Bunu İrandan da gözləyirik”.

Pompeo bildirib ki, İran bu dəyişikliklərə getsə, ABŞ onunla danışıqlar aparmaqdan məmnun olacaq. Lakin o eyni zamanda qeyd edib ki, Tehranın geri çəkilməsinin heç bir əlaməti yoxdur. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri