23 
Sen
2018
09:19
309
51
6435
Virtual karabakh

İsrail Rusiyanın qisasından ehtiyatlanır

23 Sen, 2018
09:19
6435

İsrail Rusiyanın qisasından ehtiyatlanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Suriyada İl-20 təyyarəsinin vurulmasına cavab addımları İsrail hərbi təyyarələrinin ərəb ölkəsi ərazisində uçuşlarını məhdudlaşdıra bilər.

Oxu.Az “Haaretz”ə istinadla xəbər verir ki, İsrail Rusiyanın cavabının Suriya səmasının cəmi bir həftə “qapanması” ilə məhdudlaşdırılacağına ümid bəsləyir. Əks təqdirdə İsrail qırıcıları Dəməşqin şimalındakı ərazilərə zərbə endirə bilməyəcək.

Rəsmi Moskvanın sərt tədbirləri həmçinin Suriya hökumət qoşunları və “Hizbullah” üçün təhlükəsiz zonaların yaranması ilə nəticələnə bilər. Bu isə İranın regionda mövqeyinin qüvvətləndirilməsinə gətirib çıxaracaq. 

Xatırladaq ki, Rusiyanın İl-20 təyyarəsi sentyabrın 17-də vurulub. Göyərtədə olan 15 Rusiya hərbçisi həlak olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri