Okt
2018
23:04
171
47
11842
Virtual karabakh

İslam Kərimovun nəvəsi Londona qaçdı

1 Okt, 2018
23:04
11842

İslam Kərimovun nəvəsi Londona qaçdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özbəkistanın birinci prezidenti İslam Kərimovun nəvəsi İman Daşkənddən təyyarə ilə Londona uçub. 

Oxu.Az xəbər verir ki, bu barədə “Fərqana” agentliyi İ. Kərimovun nəvəsinin Instagram Stories-dəki yazısına istinadən məlumat yayıb.

İman izləyicilərindən Daşkənddən uçarkən kompüter və smartfonlarından müğayət olmalarını istəyib. 

Ehtimal olunur ki, aeroport əməkdaşları İmanın şəxsi kompüterində olan məlumatları diqqətlə araşdırıblar. Ona görə də aviareys 1,5 saat gecikməli olub.

Qeyd edək ki, İman və İslam Kərimovlar İ. Kərimovun böyük qızı Gülnarə Kərimovanın övladlarıdır. Nəvə İslam Kərimov artıq bir neçə ildir Londonda yaşayır, onu Özbəkistana buraxmırlar. Yanvarda o, Britaniyadan siyasi sığınacaq istəyib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri