17 
Okt
2018
22:43
32
308
24136
Virtual karabakh

Krımda kollecə hücumun videosu yayıldı - YENİLƏNİB

17 Okt, 2018
22:43
24136

Krımda kollecə hücumun videosu yayıldı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İnternetdə Kerçdə kollecə hücumun yer aldığı kadrlar yayılıb. 

Oxu.Az xəbər verir ki, kollecin tələbəsi, 18 yaşlı Vladislav Roslyakovun açdığı atəş nəticəsində 19 nəfər ölüb, 39 nəfər yaralanıb. 

Bildirilir ki, polis V. Roslyakovun şəxsi əşyalarında daha bir partlayıcı qurğu aşkar edib. Həmin qurğu zərərsizləşdirilib. 

19.33

Krımda kollecdə partlayış nəticəsində ölənlərin sayı 19-a çatıb. 

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə regionun fövqəladə hallar xidmətinin məlumatında deyilir.

Bildirilir ki, partlayış zamanı yaralanan onlarla insan xəstəxanalara yerləşdirilib. 

16.47

Rusiya İstintaq Komitəsindən bildirilib ki, Kerçidəki kollecdə baş verən partlayış zamanı ölənlərin sayı 13-ə çatıb, 50-dən çox insan yaralanıb. 

Oxu.Az xəbər verir ki, ölən və yaralananların çoxu yeniyetmədir. 

Krımda üç günlük matəm elan olunub.

15:07

Krımın Kerçensk politexnik kollecində baş verən partlayış nəticəsində 10 nəfər ölüb və 50 nəfər yaralanıb. 

Oxu.Az Ukrayna KİV-ə istinadla xəbər verir ki, məlumatlarda partlayışın kollecin yeməkxanasında baş verdiyi bildirilib.

Qeyd edilir ki, hadisə partladıcı qurğunun işə salınmasının nəticəsində baş verib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri