20 
Okt
2018
20:14
212
54
6391
Virtual karabakh

Gürcüstanda marixuana festivalında prezidentliyə namizəd saxlanıldı

20 Okt, 2018
20:14
6391

Gürcüstanda marixuana festivalında prezidentliyə namizəd saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qirçi” partiyasının lideri və Gürcüstan prezidentliyinə namizəd Zurab Caparidze bu gün Tbilisinin “Deda Ena” parkında keçirilən marixuana festivalında saxlanılıb.

Oxu.Az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, siyasətçiyə qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur.

Həmçinin festivala qatılan daha bir neçə vətəndaş saxlanılıb.

Lideri Gürcüstan prezidentliyi uğrunda mübarizə aparan “Qirçi” partiyası azadlığa dəyər verən hər kəsi “Deda Ena” parkına gələrək onlara dəstək olmağa çağırıb. Onların fikrincə, marixuana festivalı bu narkotik növünün Gürcüstanda tam azad şəkildə becərilməsinə və istifadəsinə yol açacaq.

Qeyd edək ki, Gürcüstan marixuana satışından əldə edilən gəlirlə yoxsulluqla mübarizə aparmaq niyyətindədir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri