28 
Okt
2018
01:07
174
146
9233
Virtual karabakh

Pittsburq sinaqoqunda atışma: ölənlər var - VİDEO + YENİLƏNİB

28 Okt, 2018
01:07
9233

Pittsburq sinaqoqunda atışma: ölənlər var - VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Pittsburqdakı İctimai Təhlükəsizlik İdarəsinin rəhbəri Vendell Hissrik sinaqoqda baş verən atışma nəticəsində 11 nəfərin həlak olması barədə KİV-də yayılan məlumatları təsdiqləyib.

Oxu.Az xəbər verir ki, bu barədə o, CNN telekanalına müsahibəsində deyib.

Oktyabrın 27-də Pittsburq sinaqoqunda naməlum şəxs atəş açıb. Polislə qarşıdurma zamanı o yaralanıb və asayiş keşikçilərinə təslim olub. KİV-in verdiyi məlumatlara görə, hücum edən şəxs Rob Bauerdir, onun 48 yaşı var.

27.10.2018  20:29

ABŞ-da sinaqoqa hücumda şübhəli bilinən şəxs polislə atışma zamanı yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə yerli KDKA telekanalı məlumat yayıb.

Hadisə yerində olan müxbirin sözlərinə əsasən, şübhəli şəxs - ağdərili kişi - sərbəst ayaq üstə dayanmağa çətinlik çəkirmiş.

Daha öncə polis sinaqoqda atəş açan şəxsin saxlanılması barədə xəbəri təsdiq etmişdi. Ölənlər barədə hələlik rəsmi açıqlama verilməyib, lakin KİV 8 nəfərin qətlə yetirildiyini iddia edir.

19:22

Pittsburq (Pensilvaniya ştatı, ABŞ) sinaqoqunda atışma baş verib. 

Oxu.Az xəbər verir ki, polis artıq 7 nəfərin öldürüldüyünü təsdiqləyib. Lakin qurbanların sayının 8 olması da istisna edilmir.

Hadisə şahidlərinin bildirdiyinə görə, hücum edən kişi ilə hadisə yerinə gələn polis əməkdaşları arasında atışma baş verib. 

Şəhər meriyası Pittsburq sakinlərinə evlərindən bayıra çıxmamağı tövsiyə edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri