24 
Noy
2018
18:16
227
23
4037
Virtual karabakh

Etirazçılar fransalı nazirin evinə hücum etdi

24 Noy, 2018
18:16
4037

Etirazçılar fransalı nazirin evinə hücum etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa daxili işlər naziri Kritof Kastaner deyib ki, etirazçı hərəkatın tərəfdarları onun evinə hücum ediblər. 

Oxu.Az bununla bağlı “Midi Libret” nəşrinə istinadən məlumat yayır. 

“Çox aqressiv hərəkətlər, irqçi hücumlar olub. Onlar həyat yoldaşımın və qızımın olduğu Forkalkedə yerləşən evimə də hücum etdilər”, - Kastaner bildirib. Hücumun təfərrüatı açıqlanmır. 

Fransada kütləvi aksiyalar noyabrın 17-də yanacağın qiymətinin qalxmasından sonra başlayıb. DİN-dən verilən məlumatlarda qeyd edilib ki, son həftə ərzində etirazlarda 287 mindən çox insan iştirak edib. Baş verən qarşıdurmalar zamanı 500-dən çox insan yaralanıb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri