Dek
2018
17:08
155
210
7094
Virtual karabakh

Fransada iğtişaşlar: 700 nəfər saxlanılıb - YENİLƏNİB + FOTO\VİDEO

8 Dek, 2018
17:08
7094

Fransada iğtişaşlar: 700 nəfər saxlanılıb - YENİLƏNİB + FOTO\VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada etiraz aksiyalarına qoşulan insanların sayı 71 min nəfərə çatıb, onlardan 700 nəfər saxlanılıb.

Oxu.Az bildirir ki, bu haqda Fransa Daxili İşlər Nazirliyi yanında dövlət katibi Loran Nunyes məlumat verib.

14:48

Fransada “sarı jiletlər”in etiraz aksiyası davam edir.

Oxu.Az Fransadan xəbər verir ki, Parisdə polis mitinq iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. 

Cavab olaraq, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və şüşə atıblar. 

Səhər saatlarından təkcə Parisdə 480 nəfərin saxlanıldığı bildirilir.

Hazırda iğtişaşlar davam edir, şəhərdə partlayış səsləri eşidilir.

Qeyd edək ki, Fransada kütləvi etiraz aksiyaları noyabr ayının ortalarında hökumətin yanacaq qiymətlərini qaldırmasından sonra başlayıb.  Təzyiqlərlə üzləşən hökumət yanvarın 1-dən (2019) etibarən qüvvəyə mindirəcəyi yeni yanacaq vergisinin tətbiqini yarım il müddətinə ertələyib.

Ancaq etirazçılar təkcə bununla kifayətlənməyiblər.

“Sarı jiletlilər” Fransanın ən iri şəhərlərində kütləvi etiraz aksiyaları təşkil edərək hökuməti istefaya çağırırlar.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri