20 
Dek
2018
06:58
16
454
8479
Virtual karabakh

Hindistanda bəbir uşağı evdən oğurlayıb parçaladı

20 Dek, 2018
06:58
8479

Hindistanda bəbir uşağı evdən oğurlayıb parçaladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanda bəbir üç yaşlı uşağı oğurlayaraq, meşədə parçalayıb.

Oxu.Az xəbər verir ki, bu haqda “Daily Mail” məlumat yayıb.

İnsident ölkənin şimalında yerləşən Cammu-Kaşmiş ştatında baş verib. Yırtıcı evlərdən birinin mətbəxinə daxil olaraq Vasim Akram adlı uşağı özü ilə meşəyə aparıb.

Azyaşlının başdan ayrılmış bədəni bir müddət sonra ağacların arasında aşkarlanıb.

Yerli sakinlər uşağın yırtıcının ilk qurbanı olmadığını hesab edir. Son iki ay ərzində həmin rayonda bəbir daha iki sakini parçalayıb. Qurbanlardan biri səkkiz yaşlı uşaq olub. Qatil bəbirin zərərsizləşdirilməsinə xüsusi dəstə ayrılıb. Ovçulardan biri bəbiri gördüyünü, lakin hələ onu tuta bilmədiyini söyləyib.

Bundan bir neçə gün əvvəl Hindistanın başqa bir bölgəsində bəbir ibadət edən rahibi parçalamışdı.

Rəsmi statistikaya görə, Hindistan meşələrində 12-14 min bəbir məskunlaşıb. Təkcə 2017-ci il ərzində 431 yırtıcı öldürülüb (başlıca olaraq brakonyerlər tərəfindən). Zooloqlar bəbirlərin aqressivləşməsini insanların meşələri qıraraq onların məskənində yeni qəsəbələr salması ilə əlaqələndirir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri