14 
Yan
2019
17:38
15
289
5999
Virtual karabakh

Zimbabve prezidenti benzinin qiymətini qaldıraraq səfərə yollanıb

14 Yan, 2019
17:38
5999

Zimbabve prezidenti benzinin qiymətini qaldıraraq səfərə yollanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zimbabvenin prezidenti Emmerson Mnanqaqva Moskvaya səfər edib və rusiyalı lider Vladimir Putinlə görüşməyi planlaşdırır.

Oxu.Az “RİA Novosti”yə istinadən bildirir ki, ölkə rəhbərinin Rusiyaya iki günlük səfəri Zimbabvedə yanacağın qiymətinin qalxması səbəbindən baş verən etiraz aksiyalarının fonunda baş verir.

Yanacaq qiymətlərinin qalxmasını E.Mnanqaqvanın özü ötən həftənin sonu elan edib. Qiymətlərin artımı 200% təşkil edib və artıq yanvarın 13-də bir litr benzinin qiyməti 3.31 ABŞ dolları (5 manat 60 qəpik – red.), dizel yanacağının qiyməti 3,11 dollar (5 manat 30 qəpik – red.) həddinə çatıb.

“Elə həmin gün prezident ölkəni tərk edərək uzunmüddətli xarici səfərə yollanıb. O, Rusiya, Belarus, Qazaxıstan və Azərbaycana səfər edəcək və səfərini İsveçrənin Davos şəhərində ümumdünya iqtisadi forumunda iştirakla başa vuracaq”, - deyə “TimesLİVE” yazır.

“The Zimbabwe Mail”in məlumatına əsasən, yanacaqdoldurma stansiyalarında qiymətlərin artımı bir sıra şəhərlərdə, o cümlədən, paytaxtın küçələrində zimbabvelilərin polislə toqquşmalarına səbəb olub. Bir sıra yaşayış məntəqələrinin sakinləri yolları bağlayır, barrikadalar qurur, təkər yandırırlar. Polis nümayiş edənləri gözyaşardıcı qazla dağıtmağa çalışır.

E.Mnanqaqva 2017-ci ilin noyabrında keçmiş ölkə rəhbəri Robert Muqabe hərbi çevriliş nəticəsində devrildikdən sonra Zimbabvenin prezidenti olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri