Fev
2019
01:13
43
124
6132
Virtual karabakh

Trampdan Rusiyaya önəmli mesaj

2 Fev, 2019
01:13
6132

Trampdan Rusiyaya önəmli mesaj

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp orta və yaxın mənzilli raketlərin ləğvinə dair yeni müqavilə bağlamaq istədiyini bəyan edib. 

Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, o, müqaviləni təkcə ABŞ-la Rusiyanı deyil, digər ölkələri də əhatə etməsinin vacibliyini vurğulayıb. 

“Əsas odur ki, tərəflərdən biri bu müqaviləyə riayət etməyib. Biz riayət etmişik, digər tərəf isə yox. Onlar öhdəlikəri yerinə yetirməyənədək biz müqaviləni yerinə yetirən tək tərəf olmamalıyıq”, - deyə o bildirib. 

Qeyd edək ki, ötən ilin oktyabrın 20-də ABŞ prezidenti Donald Tramp ölkəsinin orta və yaxın mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxacağını bəyan edib. 1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanan müqavilə Avropada orta və yaxın mənzilli raketlərin ləğvini nəzərdə tuturdu. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri