14 
Mar
2019
09:50
5
67
2833
Virtual karabakh

“Facebook”dakı problemlə bağlı - AÇIQLAMA

14 Mar, 2019
09:50
2833

“Facebook”dakı problemlə bağlı - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook”, “Instagram” və “WhatsApp”ın işində yaranan genişmiqyaslı pozuntuya “DDoS” hücumu (kütləvi müdaxilə yolu ilə sistemi çökdürmək məqsədi daşıyan kiberhücum – red.) səbəb olmayıb.

Bu barədə şirkət nümayəndələri “Twitter”də açıqlama yayıb.

Açıqlamaya görə, şirkətin texniki heyəti hazırda problemlərin aradan qaldırılması üzərində çalışır. Analoji ismarıc “Instagram”ın rəsmi “Twitter” səhifəsində də yayılıb.

“Downdetector” xidmətinin yaydığı informasiyaya görə, “Facebook”, “WhatsApp” və “Instagram”ın işində yaranan pozuntu ilə bağlı şikayətlərin sayı son bir neçə saat ərzində əhəmiyyətli dərəcədə azalıb.

Qeyd edək ki, kütləvi pozuntular sosial şəbəkələrin Azərbaycan seqmentində də müşahidə olunub. “Facebook”da pozuntunun pik vaxtı Bakı vaxtı ilə 19:56-da, “Instagram”da isə 19:00-da qeydə alınıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri