14 
Mar
2019
13:48
15
150
3808
Virtual karabakh

Aparıcı “Boeing” qəzasını lağa qoydu, tənqid hədəfinə çevrildi - VİDEO

14 Mar, 2019
13:48
3808

Aparıcı “Boeing” qəzasını lağa qoydu, tənqid hədəfinə çevrildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Keniyanın NTV telekanalının aparıcısı Dann Mvanqi Efiopiyada baş vermiş “Boeing 737 Max 8”  qəzası ilə bağlı yersiz jestinə görə üzr istəyib.

Bu barədə “SDE Keniya” məlumat yayıb.

Belə ki, efirdə D.Mvanqi faciə barədə məlumat verən zaman arxa fonda hava qəzasının modelləşdirilmiş animasiyası təqdim olunub. “Laynerin” yerə çırpılması ilə meydana gələn partlayışdan sonra əli ilə ona tərəf gələn xəyali toz dumanından qurtulmağa çalışıb, daha sonra isə kadrdan çıxıb.

Tamaşaçılar və KİV nümayəndələri belə davranışı faciənin məsxərəyə qoyulması kimi qiymətləndirib. D.Mvanqini ölən insanların qohumlarına qarşı mərhəmətsizlikdə ittiham ediblər. İctimai qınaqlardan sonra jurnalist məktub yazaraq insanların heysiyyətinə toxunduğuna görə üzrxahlıq edib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri