18 
Mar
2019
09:19
12
125
4587
Virtual karabakh

“Boeing” qəzaları arasında oxşarlıq aşkarlandı - FOTO

18 Mar, 2019
09:19
4587

“Boeing” qəzaları arasında oxşarlıq aşkarlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən həftə Efiopiya hava yolları şirkətinə aid təyyarənin qara qutusundan əldə olunmuş məlumatlar oktyabr ayında baş vermiş hava qəzası ilə açıq-aşkar oxşarlıqların olduğunu göstərib.

BBC-nin verdiyi məlumata görə, bunu Efiopiyanın nəqliyyat naziri Daqmavit Moqes jurnalistlərə verdiyi açıqlamada bildirib.

Qəzaya uğrayan hər iki sərnişin təyyarəsi “Boeing 737 Max 8” modelindən olub.

Efiopiyalı nazir araşdırma zamanı “302” (Efiopiya hava yolları) və “610” (“Lion Air” hava yolları şirkəti) saylı aviareys qəzaları arasındakı oxşarlıqların daha təfsilatlı şəkildə tədqiq olunacağını bildirib.

Təyyarənin uçuşuna dair qara qutuda olan məlumatlar, qəza ərəfəsində təyyarənin uçuş yüksəkliyi rejimini tez-tez dəyişdiyini, avialaynerin qalxıb-düşdüyünü göstərib.  

“Boeing” şirkətinin icraçı direktoru Denni Muilenburq şirkətin aparılan təhqiqata hər cür dəstək olduğunu bildirib.

O, bəyanatda təyyarənin uçuş nəzarət sistemində qüsurlu sensorların ötürdüyü məlumatlarla əlaqədar ortaya çıxan bu “davranış”ın aradan qaldırılması üçün 737 Max modellərində proqram təminatının yenilənəcəyini vəd edib.

Ötən bazar “Efipopiya hava yolları” şirkətinə aid təyyarənin qəzaya uğraması nəticəsində 157 nəfər həyatını itirib. 2018-ci ilin oktyabr ayında isə “Lion Air” hava yolları şirkətinə aid  avialaynerin yerə çırpılması nəticəsində 189 nəfər həlak olmuşdu.

Təyyarələrin uçuş yüksəkliklərində baş verən kortəbii dəyişikliklər aşağıdakı diaqramlarda əks olunub:

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri