21 
Mar
2019
15:44
51
250
12616
Virtual karabakh

Qazaxıstan lideri ilk səfərini bu ölkəyə edəcək

21 Mar, 2019
15:44
12616

Qazaxıstan lideri ilk səfərini bu ölkəyə edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanın yeni prezidenti Kasım-Jomart Tokayev Rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında ən yaxın zamanda Rusiyaya rəsmi səfər etməyə söz verib.

İzvestiya” nəşrinin məlumatına görə bu haqda martın 21-də Kremlin rəsmi internet səhifəsində  informasiya yayılıb.

“Rusiya- Qazaxıstan arasında tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi istiqamətində sıx əməkdaşlıq və Kasım-Jomart Tokayevin ən yaxın zamanda Rusiya Federasiyasına səfərinin təşkili ilə bağlı razılıq əldə olunub.”, -deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, martın 19-da, 1990-cı ildən bəri Qazaxıstanın başında olmuş Nursultan Nazarbayev istefa verdiyini elan edib. O prezidentlik müddəti bitənə qədər, səlahiyyətlərinin icrasını parlamentin yuxarı palatasının sədri Kasım-Jomart Tokayevə həvalə etdiyini vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri