15 
Apr
2019
09:30
16
74
2538
Virtual karabakh

Assanc Ekvador səfirliyində casusluqla məşğul olub

15 Apr, 2019
09:30
2538

Assanc Ekvador səfirliyində casusluqla məşğul olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cullian Assanc Ekvadorun Londondakı səfirliyindən “casusluq mərkəzi” kimi istifadə edib.

BBC-nin məlumatına görə, bu sözləri Ekvador lideri Lenin Moreno deyib.

Ekvadorlu prezident hər hansı ölkənin “Wikileaks” saytının təsisçisinin səfirlik binasından çıxarılması qərarına təsir göstərmədiyini bildirib.

Moreno “Guardian” nəşrinə verdiyi müsahibədə əvvəlki hökumətin (Ekvador hökuməti nəzərdə tutulur – red.) Assanca “onun başqa ölkələrin işlərinə müdaxilə etməsi üçün” sığınacaq verdiyini dilə gətirib.

“Ekvador sabitliyi pozmaqla bağlı istənilən cəhdi pisləyir. Çünki biz suveren dövlətik və hər bir ölkənin yürütdüyü siyasətə hörmətlə yanaşırıq. Evimizin, qapıları açıq evimizin casusluq mərkəzinə çevrilməsinə icazə verə bilməzdik”, - deyə 2017-ci ildə Ekvadorda hakimiyyətə gəlmiş Moreno bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri