15 
Apr
2019
00:06
26
77
5625
Virtual karabakh

Assancın səfirlikdəki həyatının görüntüləri yayımlandı - VİDEO

15 Apr, 2019
00:06
5625

Assancın səfirlikdəki həyatının görüntüləri yayımlandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın “El Pais” qəzeti Ekvador səfirliyinin divarları arasında skeyt sürən “WikiLeaks”in yaradıcısı Culian Assancın videogörüntülərini yayıb.

Görüntülər Ekvadorun Londondakı səfirliyində lentə alıb. Julian Assanc burda sığınacaq aldıqdan sonra 7 il yaşamışdı.

Səfirlikdə çalışan əməkdaşlar qəzetə bildiriblər ki, jurnalist özünün eksentrik davranışı ilə hər kəsi bezdirib. 

“O duş aldıqdan və tualetə getdikdən sonra təmziliyə riayət etmir, tez- tez səfirlik əməkdaşları və mühafizəçilərlə dava edirdi. Assanc səfirlik binasının dəhlizlərində skeybord sürərək və ya top qovalayaraq vaxt keçirirdi”, - deyə səfirlikdən bildirilib.

Xatırladaq ki, aprelin 11-də Ekvador səfirliyi uzun illər diplomatik nümayəndəliyə sığınmış Assancı London hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil verib. Onun həbsinə əsas 2012-ci ildə girov müqabilində azad olunma ilə bağlı şərtləri pozması olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri