Ekvadorun Quayakil şəhərindəki kilsələrin birində keşiş ibadət zamanı üzərinə xaçın düşməsi nəticəsində dünyasını dəyişib.
Oxu.Az bu barədə "Periodico" qəzetinə istinadən xəbər verir.
Məlumata əsasən, ata Patrisio Alfredo Sançes Molinari oktyabrın 17-də gündəlik ibadət mərasimini həyata keçirirmiş. Həmin vaxt keşişin arxa tərəfindəki divardan asılmış böyük taxta xaç qəfil qoparaq onun üzərinə aşıb.
Hadisə anı kameranın obyektivinə düşüb, belə ki, din xadimi ibadət mərasimini sosial şəbəkələr üçün canlı yayımlayırmış.