17 
Apr
2019
21:05
260
82
6995
Virtual karabakh

Əkrəm İmamoğlu vəzifəsini təhvil aldı

17 Apr, 2019
21:05
6995

Əkrəm İmamoğlu vəzifəsini təhvil aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstanbul Böyükşəhər Bələdiyyəsinin yeni sədri Əkrəm İmamoğlu artıq vəzifəsinin icrasına başlayıb. O bu gün vəzifəsini fəaliyyətdə olan sədr Mövlud Uysaldan təhvil alıb.

 Türkiyənin ATV kanalı  xəbər verir ki, bələdiyyə binasında baş tutan mərasimdə çıxış edən yeni sədr İstanbula ləyaqətlə xidmət edəcəyini bildirib.

Əkrəm İmamoğlunun tərəfdarları onu Böyükşəhər Bələdiyyə Binasının qarşısına qədər müşayət ediblər.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul vilayəti üzrə seçki protokolları ilə bağlı etirazı qəbul edilməsə də, ATV kanalının məlumatına görə, AKP hələ də məğlubiyyəti qəbul etmir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri