25 
Apr
2019
08:47
151
42
7345
Virtual karabakh

Putinlə Inın görüşü başladı - VİDEO

25 Apr, 2019
08:47
7345

Putinlə Inın görüşü başladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vladivostokda Rusiya prezidenti Vladimir Putin və KXDR lideri arasında danışıqlara start verilib. Putin və In əvvəl təkbətək görüş keçirib. 

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Putin Kim Çen Inı ali vəzifəyə yenidən seçilməsi münasibətilə təbirk edib və onunla görüşməyə şad olduğunu bildirib. Rusiya prezidenti bu görüşün ikitərəfli münasibətlərin inkişafına vəsilə olacağına və Koreya yarımadasında nüvə probleminin müsbət şəkildə həllini tapacağına ümid etdiyini bildirib. 

Putin Kim Çen Inın ABŞ-la dialoqu normallaşdırmaq cəhdlərini təqdir edib. 

Öz növbəsində KXDR lideri Koreya yarımadasındakı vəziyyətlə bağlı Vladimir Putinlə məhsuldar fikir mübadiləsi aparacağına ümid etdiyini bildirib. 

Təkbətək görüşdən sonra hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş formatlı danışıqlar keçiriləcək.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri