25 
Apr
2019
17:27
445
24
4499
Virtual karabakh

Türkiyə yeni zirehli elektromobilini təqdim etdi - VİDEO

25 Apr, 2019
17:27
4499

Türkiyə yeni zirehli elektromobilini təqdim etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin nüfuzlu “Otokar Otomativ ve Savunma Sanayi” (“Koç” holdinqə daxildir) şirkəti  aprelin 24-də Sakaryadakı müəssisəsində yeni hazırlanan “Akrep II” modelindən olan 4x4 tipli zirehli maşını təqdim edib.

Zirehlı maşının əsas özəlliyi onun tam olaraq elektrik intiqalı ilə işləməsidir. Sadə dillə desək, “Akrep II” bir növ zirehli elektromobildir. Maşının təfsilatlı xarakteristikası hələlik ictimailəşdirilməyib. “Akrep II” aprelin 30-da İstanbulda keçiriləcək növbəti beynəlxalq (IDEF-2019) hərbi-sənaye sərgisində ictimai nümayişə çıxarılacaq.  

“Akrep II” bundan əvvəl “Land Rover Devender” şassisi əsasında istehsal olunan 3,5 tonluq “Akrep” zirehli avtomobilinin varisi sayılır, ümumi texniki göstəricilərinə görə ondan fərqli olsa belə. Onun Türkiyə silahlı qüvvələrində hazırda istifadə olunan “Akrep” və “Kobra 1” zirehli maşınlarını əvəzləyəcəyi gözlənilir.

“Akrep II” maşını minalardan müdafiəyə malikdir, kifayət qədər güclü silahlarla təchiz olunma imkanına malikdir.  

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri