May
2019
20:45
320
63
22820
Virtual karabakh

Zelenskidən Putinə gözlənilməz cavab

4 May, 2019
20:45
22820

Zelenskidən Putinə gözlənilməz cavab

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Donbas regionunun əhalisinə Rusiya pasportlarının verilməsi prosedurunun sadələşdirilməsi ilə bağlı Moskvanın qərarına cavab hazırladığını bəyan edib.

Bu barədə Ukrinform agentliyi məlumat yayıb.

Zelenski bildirib ki, cavab tədbirləri ilə əlaqədar Ali Rada üçün bir sıra təkliflər hazırlayıb.

“Bu baxımdan biz kreativ olmalıyıq, çevik və ağıllı hərəkət etməliyik. Ona görə hələlik hazırlıq görəcəyik, sonra isə hamıya göstərəcəyik”, - deyə o vurğulayıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donbas regionunun əhalisi üçün Rusiya pasportlarının verilməsi qaydasının sadələşdirilməsinə dair iki sərəncam imzalayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri