May
2019
13:44
106
332
5213
Virtual karabakh

Ərdoğan İstanbulda seçki nəticələrinin ləğvindən danışdı

7 May, 2019
13:44
5213

Ərdoğan İstanbulda seçki nəticələrinin ləğvindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Etirazımızın arxasında inkarı mümkün olmayan əyani dəlillər var. Aradakı fərq yarıyadək azalmış olsaydı, məsələ buralara qədər gəlməzdi.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının iclasında səsləndirib.

Prezident bildirib ki, 15 min seçicinin iradəsi qəsb edilib:

“Bunların bir qismi səhvən olsa da, önəmli bir bölümü qəsdən törədilib. Xətalar, yanlışlar digər partiyalarda eyni dərəcədə olmayıb, sadəcə, AKP-nin səslərində müəyyən fərqlər üzə çıxıb”.

Ərdoğanın sözlərinə görə, göz önündə olan iradə qəsbini görməzdən gəlmək mümkün deyil.

“Bir sıra çirkli əllərin işin içinə girdiyi və məsələni addım-addım bu nöqtəyə gətirdiyi aydındır. İstanbul Böyük Şəhər Bələdiyyəsi seçkilərində qanunsuzluq, saxtakarlıq olduğuna səmimi qəlbdən inanırıq. Hüquqi mücadiləmizi dünən axşama kimi davam etdirdik. AKP-nin sandıqdan çıxan nəticəni qəbul etməmək kimi bir dərdi əsla yoxdur, ola bilməz”, - prezident vurğulayıb.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası bu ilin martın 31-də İstanbul bələdiyyəsinə keçirilmiş seçkilərin nəticələrini ləğv edib.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmisi Receb Özel İstanbulda seçkilərin təkrarlanacağını bildirib.

Məlumata görə, YSK bu qərarı yeddi lehinə, dörd əleyhinə olmaqla qəbul edib.

Xatırladaq ki, martın 31-də keçirilmiş seçkilərdə İstanbul bələdiyyəsi uğrunda hakim AKP (namizədi Binəli Yıldırım) və CHP (Cümhuriyyət Halk Partisi, namizədi Ekrem İmamoğlu) mübarizə aparıblar, cüzi fərqlə Ekrem İmamoğlu qalib gəlib.

İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilərin iyunun 23-də keçiriləcək. ​

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri