20 
May
2019
00:15
260
28
4703
Virtual karabakh

ABŞ səfirliyinə “Katyuşa” mərmisi düşdü

20 May, 2019
00:15
4703

ABŞ səfirliyinə “Katyuşa” mərmisi düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İraqın paytaxtındakı Yaşıl Zonaya “Katyuşa” mərmisi düşüb.

Yüksək təhlükəsizlik zonası hesab edilən Yaşıl Zonada Bağdadın əsas nazirlikləri və səfirlik binaları, o cümlədən  ABŞ səfirliyi yerləşir.

İnsident nəticəsində heç kimin xəsarət almadığı bildirilir.  İraq hərbçiləri hadisə ilə bağlı başqa məlumat vermək istəməyiblər.

“Katyuşa” Böyük Vətən Müharibəsi illərində Sovet İttifaqı tərəfindən  hazırlanmış çoxməqsədli, yaxınmənzilli raket qurğusudur. Ucuz və səmərəli raket sistemini adi yük maşınları da daşıya bilirdi.

Müharibədən sonra bu silahları bir çox ölkələr, o cümlədən İraq öz arsenalına daxil edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri