19 
İyn
2019
22:00
127
18
3185
Virtual karabakh

Donbasda Malayziya təyyarəsini vurmaqda 4 nəfər ittiham olundu

19 İyn, 2019
22:00
3185

Donbasda Malayziya təyyarəsini vurmaqda 4 nəfər ittiham olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2014-cü ildə Ukraynanın Donbas bölgəsində Malayziya aviaşirkətinə məxsus təyyarənin vurulması ilə əlaqədar dörd nəfərə qarşı adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

Bu barədə BBC məlumat yayıb.

Xatırladaq ki, Amsterdamdan Kuala-Lumpura “MH17” reysi ilə uçan sərnişin təyyarəsinin yerə çırpılması nəticəsində 298 sərnişin və ekipaj üzvü həyatını itirmişdi.

Hollandiyalı təhqiqatçılar üç Rusiya vətədandaşı (İqor Girkin, Sergey Dubinski və Oleq Pulatova) və bir ukraynalıya (Leonik Xarçenko) qarşı hücumda iştirakla əlaqədar rəsmi ittiham irəli sürüb.

Təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması üçün beynəlxalq həbs orderi verilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri