23 
İyn
2019
21:08
439
54
5853
Virtual karabakh

Tbilisidə yenidən etirazlar başladı

Gürcüstan paytaxtında müxalifətin kütləvi etiraz aksiyası bu gün də davam edib.

Saat 19:00-da yüzlərlə insan parlamentin qarşısına toplaşıb.

Aksiya təşkilatçılarının sözlərinə görə, bu gün təkcə daxili işlər naziri Georgi Qaxariyanın deyil, hökumətin də istefası, növbədənkənar parlament seçkilərinin keçirilməsi və iyunun 20-də keçirilmiş aksiyada saxlanılan 300-dən çox insanın azadlığa buraxılmasını tələb edirlər.

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun həmin vaxt Bakıda səfərdə olan parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub.

Tbilisi küçələrinə çıxan aksiyaçılar parlament sədri İrakli Kobaxidzenin, Daxili İşlər naziri Georgi Qaxariyanın istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər.

Yaranmış vəziyyətlə əlaqədar Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında iştirak edən İ.Kobaxidze səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdıb və vəzifəsindən istefa verib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri