İyl
2019
14:22
274
13
2898
Virtual karabakh

Rus xüsusi təyinatlısını öldürmüş erməni axtarışa verildi - VİDEO

4 İyl, 2019
14:22
2898

Rus xüsusi təyinatlısını öldürmüş erməni axtarışa verildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlısı Nikita Belyankini öldürmüş erməni Oqanes Ayrapetyan beynəlxalq axtarışa verilib.

Komsomolskaya Pravda” qəzeti yazır ki, hüquq-mühafizə orqanları iyunun 1-də Moskva bölgəsində kütləvi davanın iştirakçısı olan üç erməni qardaşdan biri olan O.Ayrapetyanı hələ də tapa bilmir.

11 erməni və iki rusun iştirak etdiyi davaya təsadüfən yoldan keçən 24 yaşlı N.Belyankin müdaxilə edib. O, ürək nahiyəsinə endirilmiş bıçaq zərbəsindən ölüb.

Suriyada müharibədə olmuş gənci ölümündən sonra “Cəsurluq” medalı ilə təltif ediblər. Ölüm faktı ilə bağlı 9 nəfər tutulub. Bıçağın məhz onun əlində olduğunu ötən gün etiraf edən O.Ayrapetyan iyulun 4-də beynəlxalq axtarışa verilib.

Ayrapetyan ailəsinin vəkili Karen Nersisyan bildirib ki, onda olan məlumata görə, O. Ayrapetyan Rusiya ərazisindədir:

“Sonuncu dəfə onu Voronej regionunda görüblər. O, polisə təslim olmağa hazır idi, lakin son anda fikrindən daşınaraq qaçıb. Məsələ burasındadır ki, Oqanes təhqiqatın düzgün aparılacağına inanmır”.

O.Ayrapetyanın atası Romik Ayrapetyan isə oğluna müraciət edərək gizlənməməsini və bütün həqiqəti danışmasını istəyib. Həmin davadan sonra R.Ayrapetyanın iki oğlu istintaq təcridxanasına yerləşdirilib və onlara qarşı adam öldürmə ittihamı irəli sürülüb. Üçüncü oğlu Oqanes isə gizlənir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri