13 
İyl
2019
16:05
352
47
2663
Virtual karabakh

Türkiyə İraqda yeni antiterror əməliyyatına başladı

13 İyl, 2019
16:05
2663

Türkiyə İraqda yeni antiterror əməliyyatına başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Şimali İraqda “Pəncə-2” əməliyyatı çərçivəsində terrorçuların məskən saldığı bölgələrdə yeni bir hərəkata başladığını bəyan edib. Silahlı qüvvələrin Hakurkun cənubunda təsbit olunan bir bölgəyə girdiyi bildirilir.

Milli Müdafiə Nazirliyinin açıqlamasında “Pəncə” əməliyyatının uğurla davam etdirildiyi qeyd olunub.

“12 iyul axşamı Quru Qoşunları topçu batareyaları və Hava Qüvvələrimiz “Pəncə-2” Əməliyyat Planı çərçivəsində fərqli bir bölgədə yeni hərəkata başlayıb”, - açıqlamada vurğulanıb.

Əməliyyatın Hava Qüvvələri, quru atəş dəstək vasitələri, hücum helikopterləri və PUA-ların dəstəyi ilə həyata keçirilməsinin planlaşdırıldığı bildirilib:

“Bu hərəkatla Hakurk bölgəsindəki terrorçuların yararlandığı mağara və sığınacaqların məhv edilməsi, terrorçuların zərərsizləşdirilməsi davam etdiriləcək”.  

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri