14 
İyl
2019
03:51
133
26
2680
Virtual karabakh

ABŞ-da hadisə şahidləri oğruya divan tutdular

14 İyl, 2019
03:51
2680

ABŞ-da hadisə şahidləri oğruya divan tutdular

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Filadelfiya şəhərində izdiham içərisində üç uşaq olan avtomobili oğurlayan şəxsi ölənədək döyüb. 

Bu barədə “İnterfaks” CNN-ə istinadla xəbər verir. 

54 yaşlı Erik Hud avtomobili dayanacaqdan qaçıran zaman, uşaqların valideynləri mağazada olublar.  

Polisin sözlərinə əsasən, avtomobil tıxaca düşdüyü üçün valideynləri qaçaraq ona çata biliblər. Hud uşaqların atasına yumruq vurub və qaçmağa çalışıb. Lakin hadisənin şahidləri onu saxlayaraq döyüblər. Bir qədər sonra isə Hud xəstəxanada ölüb.

Filadelfiya polisinin kapitanı Ceyson Smit bildirib ki, Huda hücum edənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün hazırda videoyazılar nəzərdən keçirilir. Hələ ki, heç kim saxlanılmayıb.

Hadisə zamanı uşaqların xəsarət almadıqları bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri