16 
İyl
2019
22:45
180
71
4300
Virtual karabakh

Tramp S-400 məsələsinə görə Obamanı günahlandırdı

Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alması ən çox ABŞ-ı narahat edir.

“Hürriyyet.com” xəbər verir ki, bu gün ABŞ Prezidenti Donald Tramp bu məsələ ilə bağlı Ağ evdə toplantı keçirib.

O, əvvəlki ölkə başçısı Barak Obamanın zamanında “Patriot” qurğularının Türkiyəyə satılmamasının yanlış qərar olduğunu, bu səbəbdən də türklərin Rusiyaya yönəldiyini deyib.

ABŞ dövlət başçısı, həmçinin iki dövlət arasındakı münasibətlərin gərgin olduğunu, hər şey aydınlığa çıxmadan Türkiyəyə F-35 qırıcı təyyarələrini satmayacaqlarını bildirib: “Rusiyadan raket sistemi aldığı üçün NATO üzvü Türkiyəyə qırıcı satmayacağıq. Biz də çətin vəziyyətdə qalmışıq, onlar da, hətta bu təyyarələri istehsal edən firma da. Danışıqlar davam edir, görək qarşıdakı günlərdə nə baş verəcək”.

Qeyd edək ki, Türkiyə Rusiyadan artıq səkkiz S-400 təhvil alıb.

Bizimlə əlaqə saxlayın