19 
İyl
2019
11:02
186
31
3401
yuxarı
Türkiyədən bəyanat: “S-400” böhranına görə NATO zəifləyə bilər
19 İyl, 2019
11:02
3401
186
31
Türkiyədən bəyanat: “S-400” böhranına görə NATO zəifləyə bilər
Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri almasına cavab olaraq Vaşinqtonun Ankaranı “F-35” proqramından çıxarması NATO-nun gücünə, xüsusən də onun cənub cinahına mənfi təsir göstərəcək.
“Anadolu” xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ölkənin Suriya ilə sərhədində yerləşən qoşunları yoxladıqdan sonra deyib.
Onun sözlərinə görə, Türkiyəni layihədən çıxarmaq cəhdləri ilə bağlı təktərəfli qərarın qanuni əsası yoxdur.
Xatırladaq ki, Vaşinqton “S-400” komponentlərinin Türkiyəyə davam edən tədarükləri fonunda Ankaranın “F-35” qırıcıları proqramında gələcək iştirakının mümkün olmadığını bəyan edib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək