24 
İyl
2019
15:05
285
15
1848
Virtual karabakh

Rus xüsusi təyinatlının qətlinə görə daha bir erməni həbs edildi

24 İyl, 2019
15:05
1848

Rus xüsusi təyinatlının qətlinə görə daha bir erməni həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin keçmiş xüsusi təyinatlı döyüşçüsü Nikita Belyankinin qətli işi üzrə adı hallanan şəxs Ermənistanda həbs edilib.

“Sputnik Ermənistan” xəbər verir ki, bunu Ermənistan Baş Prokurorluğunun İctimaiyyətlə əlaqələr üzrə şöbənin müdiri Arevik Xaçatryan deyib.

Onun sözlərinə görə, cinayət işinin fiqurantı 40 gün müddətinə həbs olunub:

“Biz rusiyalı həmkarlarımıza müraciət etmişik, həbs barədə məlumat vermişik və işi erməni tərəfinə verməyi xahiş etmişik”.

Fiqurantın adı hələlik açıqlanmır.

Xatırladaq ki, N.Belyankin iyulun 1-də kütləvi davada öldürülmüşdü. Onun qətli üzrə cinayət işində Rusiya vətəndaşları Sergey Xocayan, Rudik Manukyan, Artur Akobyan, David Yeqiazaryan və Suren Markosyan, Ermənistan vətəndaşları Narek Stepanyan, Hamlet Ayepetyan və Saak Saakyanın adı hallanır. 

Onlar günahlarını etiraf etmirlər. Oqanes Ayrapetyan isə beynəlxalq axtarışa verilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri