20 
Avq
2019
09:55
28
293
3095
Virtual karabakh

"New York Times": İŞİD "dirilir", 18 min nəfər səfərbər edilib

20 Avq, 2019
09:55
3095

"New York Times": İŞİD "dirilir", 18 min nəfər səfərbər edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İŞİD terror təşkilatı Suriya və İraqda qüvvələrini bərpa edir.

"The New York Times" nəşri yazır ki, bu barədə ABŞ və İraqdakı kəşfiyyat və hərbi mənbələr məlumat yayıblar.

Bildirilir ki, İŞİD gücünü qaçqın düşərgələrindəki insanların terror təşkilatına qoşulması sayəsində artırır.

İddiaya əsasən, təqribən 18 min silahlı səfərbər edilib. Onlar snayperlər vasitəsilə hücum təşkil edir, insanları qaçırdır, güc strukturları əməkdaşlarına və ictimai xadimlərə hücum edirlər.

Nəşrin ehtimalına görə, İŞİD-in ehtiyatında təqribən 400 milyon dollar vəsait var. Terror qruplaşmasının rəhbərləri balıqçılığa, avtomobil biznesinə qoyulan vəsaitlərdən və narkotik qaçaqmalçılığından gəlir əldə edirlər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri