20 
Avq
2019
10:59
11
93
2397
Virtual karabakh

Sudanın devrilmiş lideri: Səudiyyə şahzadəsindən 25 milyon dollar almışam

20 Avq, 2019
10:59
2397

Sudanın devrilmiş lideri: Səudiyyə şahzadəsindən 25 milyon dollar almışam

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sudanın keçmiş Prezidenti Ömər əl-Bəşir devrildikdən sonra ilk dəfə hakim qarşısına çıxarılıb.

"Hürriyet" xəbər verir ki, rüşvətxorluqda ittiham olunan sabiq lider Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmandan 25 milyon dollar nağd pul aldığını etiraf edib.

75 yaşlı keçmiş dövlət başçısı Səudiyyə Krallığından ümumilikdə rəsmi qeydiyyata alınmamış 90 milyon dollar alıb.

Qeyd edək ki, Ömər əl-Bəşir 1989-cu ildə çevrilişlə hakimiyyətə gəlib. O, 30 il hakimiyyətdə qaldıqdan sonra xalq etirazları və ordunun işə qarışması nəticəsində iqtidardan uzaqlaşdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri