Sen
2019
11:59
36
74
1627
Virtual karabakh

Bitkoini yaradan şəxs ortağına qarşı "dələduzluq" edib - Dörd milyard dollarlıq mənimsəmə

Bitkoinin yaradıcısı, iş adamı Kreyq Rayt ortağı Deyv Kleymanla birgə yaratdığı bitkoinləri mənimsəməkdə təqsirli bilinib

"Bloomberg" yazır ki, məhkəmə ABŞ-ın Florida ştatında keçirilib.

Qətnaməyə əsasən, o, hazırda həyatda olmayan Kleymanın qohumlarına 410 min bitkoin (indiki məzənnə ilə dörd milyard dollar) qaytarmalıdır.

Bununla yanaşı, Rayt 2009-2013-cü illərdəki "mayninq" (yeni emissiyadan yüksək imkanların əldə olunması üçün mümkün qədər yüksək rəqəmsal işin görülməsi prosesi) nəticəsində aldığı bitkoinlərə hazırda çıxışının olmadığını bildirib.

Kreyq Stiven Rayt 1970-ci ilin oktyabrında anadan olan avstraliyalı alim və iş adamıdır. O, bir müddət əvvəl Bitkoinin yaradıcı komandasının əsas üzvü olduğunu və Satoşi Nikamoto ləqəbi altında "gizləndiyini" açıq şəkildə elan edib.

ABŞ Müəllif Hüquqları İdarəsi Bitkoinin əsas kodunun ona məxsus olduğunu təsdiqləyib. Bu şəkildə Kreyq Rayt Bitkoinin müəllif hüququnu əldə edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri