Sen
2019
11:38
21
327
10202
Virtual karabakh

Homoseksual oğlu üçün əkiz uşaqlar dünyaya gətirdi

9 Sen, 2019
11:38
10202

Homoseksual oğlu üçün əkiz uşaqlar dünyaya gətirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliyanın San-Paulo şəhərində ana homoseksual oğlunun əkiz uşaq sahibi olması üçün daşıyıcı ana olmağa razılıq verdi. 45 yaşlı qadın 24 yaşlı oğlu üçün dörd dəfə süni mayalanma etdirdikdən sonra ötən yanvarda hamilə qalıb.

Uşaqlar sentyabr ayının 3-də dünyaya gəlib. Biri oğlan, digəri qız olan uşaqlarda tənəffüs problemi qeydə alındığından onlar pediatriya şöbəsinə yerləşdirilib. 24 yaşlı Marselo açıqlamasında təxminən dörd il əvvəl anasının atasından hamilə qaldığını, lakin doğulan qız uşağının yeddi ay sonra vəfat etdiyini bildirib. O, buna kədərlənən anasının süni mayalanma ilə onun uşaqlarını böyütməsinə kömək etdiyini əlavə edib. 

Marselo onu da əlavə edib ki, cinsi orientasiyasına baxmayaraq, hər zaman ata olmaq istəyib. İndi isə xəyalının gerçək olmasından məmnunluq duyduğunu ifadə edib. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri