16 
Sen
2019
06:59
156
12
1863
yuxarı
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
16 Sen, 2019
06:59
1863
156
12
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Ukrayna höküməti 2020-ci il büdcə layihəsində 245 milyard qrivnadan çox vəsaiti müdafiə və təhlükəsizlik məsələlərinə ayırıb.
RBK xəbər verir ki, bu haqda ölkənin maliyyə naziri Oksana Markarova bildirib.
“Biz 245,8 milyard qrivnanı müdafiə və təhlükəsizliklə bağlı qurumlara yönəltməyi nəzərdə tutmuşuq”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, bu sahə büdcə xərclərinin prioritet istiqaməti hesab olunur.
Sentyabrın 15-də Nazirlər kabineti “Ukraynanın 2020-ci ilə dövlət büdcəsi haqqında” qanun layihəsini Ali Radaya təqdim edib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək