17 
Sen
2019
11:33
20
222
4579
Virtual karabakh

Sətəlcəm və orqan çatışmazlığı: Anastasiya Zavorotnyukun səhhəti ağırlaşır

Anastasiya Zavorotnyukun səhhəti ağırlaşmağa başlayıb.

Mediada yayılan məlumatlara görə, aktrisada bir sıra orqanlarda çatışmazlıq və sətəlcəm inkişaf etməyə başlayıb.

Zavorotnyuk hələ də adı açıqlanmayan paytaxt klinikalarından birində koma vəziyyətindədir.

“Komsomolskaya Pravda”nın məlumatına görə, bu, günü min avro olan müasir özəl tibb mərkəzidir. Nəzərə alsaq ki, aktrisa buraya ötən həftə yerləşdirilib, bu hesabla ümumi məbləğ artıq 20 min avronu keçmiş olmalıdır. 

48 yaşlı aktrisaya ağır mərhələdə olan beyin xərçəngi diaqnozu qoyulub. Ötən həftə həkimlərin Zavorotnyukun intensiv müalicəsini dayandırdığı məlum olub. Bu vəziyyətdə əməliyyat artıq mümkünsüzdür. Onu yüngül mexaniki ventilyasiya aparatına qoşublar. Aktrisanın həyat yoldaşı Petr Çernışov isə həmişə yanında olur. 

Zavorotnyukun ailəsi onun səhhəti ilə bağlı heç bir açıqlama vermir. Onlar aktrisa haqqında məlumat verməyi onun şəxsi nümayəndəsi Stas Xristova da qadağan ediblər. 

Zavorotnyukla birlikdə dəfələrlə şou proqramlar aparmış Nikolay Baskov isə şəxsi “Instagram” hesabında aktrisa ilə bir verilişdən videosunu paylaşıb. Videoda onların duet oxuduğu əks olunub.

Anastasiyanın oxuduğu hissədə isə bu sözlər qeyd olunub:

“Çox şey çatdırmalıyam, mənim, ümumiyyətlə, vaxtım qalmayıb. Kino çəkmək lazımdır, amma tək kino da yox. Şou göstərmək lazımdır, ona görə də bağışla, Kolya”. Veriliş bir neçə il əvvəl çəkilib.

Baskov Anastasiyanın ailəsinə güc və möhkəmlik arzulayaraq onları yaxşı başa düşdüyünü qeyd edib (ötən yay atasını itirib):

“Bütün bunları qəbul etmək o qədər çətindir ki... Hər kəs qəlbən çox narahatdır”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri